Yazını böyüt
Yazını kiçilt
"Dream Fest"də ən çox müzakirə olunan cütlüklərindən biri Xalq artisti Emin Ağalarov və xanımı Alyona Qavrilova olub.
Hafta.az xəbər verir ki, Alyona firuzəyi xalçaya əri ilə birlikdə çıxaraq zərif görünüşü ilə diqqətləri üzərinə toplayıb.
Model bədənə kip oturan, çiyinləri açıq, pudra çəhrayı rəngli və daş işləmələri ilə bəzədilmiş "Sophie Couture" imzalı uzun libas seçib. Məlum olub ki, eyni libası Misirin məşhur aktrisası Yasmin Sabri də 79-cu Kann Film Festivalında geyinib.
Alyona görünüşünü "Bvlgari" zinət əşyaları – boyunbağı, sırğalar və qolbaqla tamamlayıb. O, makiyajında isə təbii çalarlara üstünlük verərək sadə və zərif üslubunu qoruyub./redaktor/


